Komandamız

EDify Təhsildə Diaqnostika və Konsultasiya şirkətinin bünövrəsi öyrənmə, yenilənmə və kamilləşmə sütunları üzərində qurulmuşdur. Komandamızın təhsil sahəsində on ildən çox təcrübəsinin veridiyi ekspert biliyi və təhsil problemlərinə fərdi toxunuşu düzgün təlim-tədris prosesinin hansı meyarlarda qurulmasına dəlalət verir. Biz düşünürük ki, hər zaman yeni bilik və bacarıq əladə etmək üçün məqam vardır və potensialımızın ən üst hissəsinə məhz elə bu məqamlar ilə çıxa bilirik. Bizim yekun amalımız hər bir öyrənənin təhsil ehtiyaclarını düzgün qarşılayaraq onu həm mütəxəssis, həm də vətəndaş kimi cəmiyyətimizə və beynəlmiləl məqsədlərə hazırlamaqdır. Bu uca amalımıza təhsil sahəsində hər bir maarifçiyə dəstək olaraq bu sahədə çalışan elm və tədris müəsissələrinə daim inkişaf etmələri üçün lazımi köməyi göstərməklə nail olacağımızı düşünürük və arzu edirik.