Məxfilik Bildirişi

Bu Məxfilik Bildirişi Təhsildə Keyfiyyət üzrə Məsləhət və Audit  şirkəti olan EDify tərəfindən xidmət göstərilən zaman məxfiliyin necə qorunması qaydalarını izah edir. 

Beləki, bu sənəd, görüləcək iş əsnasında, müvafiq məlumatların mühafizəsi qaydalarına və qanunlarına uyğun olaraq, adı çəkilən şirkət tərəfindən necə toplanılıb emal etdiyini təsvir edir.

Məsləhət xidməti olaraq hər hansısa bir yeni açılan və ya artıq fəaliyyət göstərən müəssisəyə verilir. Burada tələbə və  müəssissənin fəliyyət növünə uyğun məlsəhət dəstəyi verilir. Məsləhət xidməti təhsil sahəsində yeni iş qurmaq istəyənlər üçün də nəzərdə tutulur. 

Təhsil üzrə audit xidməti expertlərimiz tərəfindən bir gün və ya bir həftə ərzində, müəssisənin böyüklüyündən asılı olaraq həyata keçirilir. Bu tip audit şirkətin təlim-tədris üzrə göstərdiyi keyfiyyətin ölçülməsi məqsədi ilə ön ofisdən başlayaraq tədris prosesinin izlənilməsi və müşahidəsinədək aparılır. 

EDify şirkəti Təhsil üzrə məsləhət və audit xidmıtləri nəzdində İngilis dili və Beynəlxalq imtahanlara hazırlıq üzrə fəaliyyət göstərən qurumlarla əməkdaşlıq edir. İngilis dili müəllim təlimləri xidməti isə fərdi şəxslər və ya şirkət üçün xüsusi olaraq tərtib olunur.

EDify şirkəti yuxarıda təsvir olunan hər bir fəaliyyət növü və ya xidməti üzrə müştərilərinin tələbi əsnasında məxfiliyi qoruyaraq həyata keçirir. Xidmət növündən asılı olmayaraq sənədlərin və əldə olunan nəticələrin məxfiliyi EDify şirkəti tərəfindən tam olaraq qorunur və sifarişçi və icraçıda olan iki nüsxəlik sənədlər Azərbaycan Respublikası rəsmi qanunvericiliyinin qaydalarına əsasən məxfi şəkildə saxlanılır. 

 

Müştərilərimiz: 

  • Tədris müəssisələri
  • Dil Mərkəzləri
  • Tam orta məktəblər
  • Şirkətlər
  • Dövlət Qurumları