EDify Nədir?

EDify İngilis dili və beynəlxalq imtahanlara hazırlıq üzrə keyfiyyətli təlim-tədrisi təmin edən bir məsləhət və audit qurumudur. Əsas məqsədi rəqəmsal dövrün daim yenilənən tələbi ilə müasir standartlara cavab verən müvafiq təhsil mərkəzlərinin düzgün başlanğıcına və xidmətinə yardım etdməkdir. Təhsil xidmətini göstərən şirkətlər, məktəblər, dil mərkəzləri və dövlət qurumları kimi müəssisələrdə təhsil alan səkkiz yaş və daha böyüklər üçün düzgün və səmərəli tədris sistemi qurmaq EDify qurumunun əsas amalıdır.

 Şirkətin İş Sferası: Təhsildə Keyfiyyət üzrə Məsləhət və Audit

Benefisiarlar: Şirkətlər, Məktəblər, Dil Mərkəzləri, Dövlət Qurumları

Ortalama Fərdi Benefisiar Profili: 8 yaş və böyüklər  

 

Bizim Şüarımız:

Öyrənərək, Yenilənərək, Kamilləşərək

Təhsillə Həyatın Zirvələrinə Doğru”



 

Bizim Missyamız

Biz təhsildə keyfiyyət üzrə məsləhət, audit, təlim, tədris işini aparan bir təhsil şirkətiyik. Təhsil institutları, şirkətlər, məktəblər, dövlət qurumları kimi benefisiarlar bizim müştərilərimizin əsas qismini təşkil edir. Xidmət etdiyimiz müştərilərə təhsildə üzləşdikləri məsələlərlə bağlı dərin təhlil və effektiv həll yolları təklif edirik. Biz öyrənməyin, yenilənməyin, kamilləşməyin təhsildəki gücünə arxalanırıq. Müştərilərimizə zəif məqamlarını görməyə və bu yolla öz potensiallarının ən üstün zirvəsini fəth etməyə yardım edirik. Hər bir məsələ fərdi yanaşma və səy tələb etdiyi üçün, biz düşünürük ki, ting sulandığı yerdən dirçələr.

Bizim Vizyonumuz

Biz hər bir öyənənin şəxsi və izgüzar inkişafını təmin edən düzgün bir təhsil sistemini formalaşdırırıq

Dəyərlərimiz: Bərabərlik, Müxtəliflik, İnklüzivlik, Həmrəylik, Dəyişkənlik

Bizim funksiyamız üç əsas söz üzərində özünü ifadə edir: Sil, Dəyişdir, & Bərpa et

Unikal Satış Məqamı

Təhsildə audit və məsləhət zamanı biz həmişə “niyə” ilə başlayırıq, sonra “necə” ilə qərar veririk və nəhayət müştərilərə yekun fayda şəklində “nə” təqdim edə biləriksə onun üzərində qərar veririk. Müştərilərimiz nəyə ehtiyac duyursa biz bunun üzərindən məsələni araşdırıb qərar veririk və biz inanırıq ki, təhsildə keyfyyəti təmin etmək uzun vadədə social ədalətin və rihahın təməlini yaradan bir cavabdır. Biz uğura və cəmiyyətin rifahına yeni yol açırıq. Müştərilərin öyrənmə sərgüzəştlərində və son uğur hədəfinə çatmaları üçün nəyə ehtiyaclarının olduğunu öyrənirik.

Məsələn, bir dil mərkəzi IELTS kursları təqdim edirsə, lakin tələbələrin əksəriyyəti imtahan günündə daha yüksək bal toplamırsa, biz bunu araşdırırıq və bununla bağlı mümkün həll yolları ilə bağlı məsləhətləşmə xidmətini göstəririk.

Brendimizin adı Edify və onun mənası:

ED: Bu iki hərf təhsil sözünün ingiliscəsinin ilk iki hərfidir. və təhsilin dəyişdirici gücünə işarə edir. Onu ehtiva edir ki, potensial olan yerdə təhsil alovlandırıcı qüvvədir. İnsanlara istədiklərini niyə, necə, nə ilə əldə edəcəklərini göstərmək təhsilin əsas amalı, bizim isə əsas hədəfimizdir. 

-ify: bu şəkilçi hərəkətliliyi özündə ehtiva edir və fəlsəfi olaraq hərəkətin kainatdakı hər bir məhfumun var olmasını şərtləndirir. Biz bizi gücləndirən dəyərlərə inanırıq. Biz hərəkət etdiyimiz dəyərlərə çevrilirik. Biz hərəkət etdiyimiz məqsədlərə nail oluruq. Biz var olmağımızı hərkət etməyə borcluyuq və yaşamaq üçün daim hərəkət edirik və yaradırıq.

Səma mavisi: bitməyən gücü və sərhədsiz üfüqü özündə ehtiva edir

Cücərən yaşıl: inkişaf zehniyyəti üzərində - toxum sulanarsa cücərər - mahiyyətini daşıyır.